AZ

Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir” Siyasi şərhçi

ain.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kreml Qərblə münasibətlərdə ritorikanı bir qədər də sərtləşdirib. Belə ki, Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, NATO "de-fakto" Rusiya ilə müharibə aparır. Onun sözlərinə görə, alyansın Ukraynaya birbaşa və dolayı dəstəyi açıq şəkildə Moskva ilə qarşıdurma deməkdir və bunu sübut etməyə ehtiyac yoxdur. 

Siyasi şərhçi Asif Nərimanlı AZXEBER.COM-a açıqlama verib ki, Rusiyanın de-fakto NATO ilə müharibə apardığı iddiasının iki səbəbdən qaynaqlandığını demək olar:

"Birinci səbəb, Rusiyanın Ukraynadakı uğursuzluğunu bir növ ört-basdır etməyə çalışmaqdır. Çünki Rusiya son üç il ərzində müharibə başladığı vaxtdan etibarən Ukraynada istədiyinə nail ola bilmədi. Hətta əvvəlcədən qeyd olunurdu ki, Rusiya bir neçə günə Kiyevi alacaq, daha sonra uğurla irəliləyəcək. Amma bu baş vermədi. İndi isə Rusiyanın göstərməyə çalışdığı odur ki, onların qarşısında zəif hesab etdikləri Ukrayna yox, məhz NATO dayanır. Yəni, Ukrayna NATO-nun silahları ilə gücləndiyi üçün Rusiya məqsədinə çata bilmir. Bu səbəbdən də "Rusiyanın Kollektiv Qərblə döyüşür” görüntüsünü yaratmaq istəyirlər. Rusiya müharibənin ən kritik məqamlarında—həm döyüş, həm də diplomatik cəbhədə istədiklərinə nail ola bilmədikləri hallarda həmişə NATO məsələsini qabardıb. Onlar göstərməyə çalışırlar ki,  təkcə Ukrayna ilə deyil, bütövlükdə Qərblə, yəni NATO ilə döyüşürlər”. 

A.Nərimanlı deyib ki, ikinci səbəb isə Rusiyanın son günlərdə Ukrayna ilə bağlı planlarından qaynaqlanır:

"Əslində, "biz NATO ilə döyüşürük” demək, NATO-nu şantaj etmək deməkdir. Rusiya NATO ölkələrinə mesaj verir ki, "biz Ukraynada sizinlə döyüşdüyümüzü bilirik və sizi müharibənin bir tərəfi hesab edirik”. Bu isə Ukraynaya dəstək verən NATO ölkələrini geri çəkilməyə məcbur etməyə hesablanmış addımdır. Bu məsələni Alyaskada Vladimir Putin və  Donald Trampın görüşündən sonrakı proseslər fonunda da görmək olar. Belə görünür ki, ABŞ administrasiyası Ukrayna məsələsində Rusiya ilə anlaşma xəttini tutmağa çalışır. Təbii ki, bu məsələdə fikir ayrılıqları var, amma nəticə etibarilə müharibənin başa çatması ilə bağlı ABŞ Rusiyanın mövqeyini nəzərə almağa meyllidir. Mövcud şərtlərdə müharibənin bitməsinin yeganə yolu Ukrayna ərazilərinin de-fakto Rusiyanın nəzarətinə keçməsidir və ABŞ tərəfi bunu qəbul etməyə hazırdır. Böyük ehtimalla Putin və Tramp arasında bu məsələdə ciddi razılıq əldə olunub. Amma bu məsələdə Ukraynanın müqavimət göstərməsinə səbəb olan əsas qüvvə Avropa ölkələridir. NATO daxilində hazırda daha çox Avropa ölkələri aktiv rol oynayır. Trampın gəlişindən sonra ABŞ bir qədər arxa plana çəkilmiş kimi görünür, əvəzində Böyük Britaniya, Almaniya, Fransa başda olmaqla Avropa ölkələri fəallıq göstərir. Rusiya isə ABŞ ilə əldə olunan mümkün anlaşmadan sonra Ukraynanı həmin razılaşmaya uyğun mövqeyə gətirmək üçün təzyiq göstərir. Polşaya dron hücumları, Rumıniyanın hava məkanının pozulması da buna hesablanıb. Yəni, Avropa ölkələri Ukraynaya dəstəyi davam etdirsə, Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”. 

Şahanə Ziyad

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
azxeber.com

1Mənbələr