AZ

MDB Oyunlarında iştirak edəcək ölkələrin sayı artdı

ain.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda təşkil olunacaq 3-cü MDB Oyunları üçün qeydiyyatdan keçən ölkələrin və idmançıların sayı artıb.

Futbolrpess.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasının mətbuat xidməti məlumat yayıb. Yarışa 12 ölkədən 1619 idmançı və 2313 nümayəndə qatılacaq.

Daha əvvəl 10 ölkənin iştirakı nəzərdə tutulsa da, sonradan bu siyahıya Pakistan və Oman da əlavə olunub.

Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Küveyti 6, Omanı isə 4 idmançının təmsil edəcəyi dəqiqləşib.

Yarışlar 23 idman növü (kamandan oxatma, badminton, 3×3 basketbol, boks, kanoe, çövkən, qılıncoynatma, futbol U-16, yunan-Roma güləşi, cüdo, karate, bədii gimnastika, avarçəkmə, sambo, güllə atıcılığı, stend atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvondo, batut gimnastikası, voleybol, qadın güləşçi, sərbəst güləş) üzrə 12 məkanda keçiriləcək.

Qeyd edək ki, III MDB Oyunları bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Yarışın açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
16
futbolpress.az

10Mənbələr