AZ

Azərbaycanlılar ötən ay Türkiyədə 77 mənzil alıblar

Banco.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan vətəndaşları 2025-ci ilin avqust ayında Türkiyədə 77 mənzil alıblar. Ötən ay azərbaycanlılar Türkiyədən ən çox mənzil alan 6-cı xarici ölkə vətəndaşları olublar. 

Banco.az xəbər verir ki, Türkiyədə avqust ayında xaricilərə mənzil satışları 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,8% azalaraq 1 810 ədədə enib.

Məlumata görə, ötən ay Rusiya Federasiyası vətəndaşları Türkiyədən 283 ev (1-ci) alıb. İkinci ən çox mənzili İran vətəndaşları (155 mənzil), üçüncü isə Almaniya (118 mənzil) vətəndaşları alıblar.

Qeyd edək ki, azərbaycanlılar 2024-cü ildə isə Türkiyədə ümumilikdə 866 mənzil alıblar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
1
banco.az

2Mənbələr