AZ

Bu küçədə diqqətli olun, tıxac olduğunu düşünüb vaxt itirəcəksiniz VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paytaxtın Nərimanov rayonunun əsas küçələrindən birində hər gün maraqlı vəziyyət yaşanır. 

Avtosfer.az xəbər verir ki, bəzi sürücülər yaranan vəziyyətlə bağlı ərazidə tıxac olduğunu düşünürlər. Lakin əslində küçədə tıxac yoxdur – hərəkətin dayanmasına səbəb avtomobillərin necə gəldi park edilməsidir.

Sözügedən hal xüsusilə Azərbaycan Dövlət İqtisad Universitetinin önündə müşahidə olunur. Yol kənarında nizamsız park edilən avtomobillər nəqliyyatın hərəkətinə ciddi maneə yaradır və nəticədə süni sıxlıq yaranır.

Bu cür halların qarşısını almaq üçün sürücülər parklanma qaydalarına riayət etməli, aidiyyəti qurumlar isə nəzarəti gücləndirməlidir.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
avtosfer.az

1Mənbələr