AZ

DİM sədri: "Buraxılış imtahanında yeni test modeli tətbiq ediləcək"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Builki qəbul imtahanlarının diqqətçəkən məqamlarından biri iştirakçıların sayında artımın müşahidə olunmasıdır".
Oxu.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin rəhbəri Məleykə Abbaszadə "Xalq" qəzetinə müsahibəsində deyib.
O bildirilib ki, bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçən şəxslərin sayı 130 mindən çox idi. Ötən illə müqayisədə ərizələrin sayında, təqribən, 12 min artım müşahidə olundu:
"Bu, ilk növbədə, 2025-ci ildə məzun olan abituriyentlərin sayının çoxluğu ilə bağlı idi. Belə ki, bu il buraxılış imtahanlarında 119 mindən çox şagird iştirak etdi. Lakin bu artım hər hansı təşkilati və s. çətinlik yaratmadı və görülən tədbirlər nəticəsində bütün proses uğurla idarə olundu".
"Bundan əlavə, X sinif buraxılış imtahanlarında xarici dil fənni üzrə yeni test modeli tətbiq edildi. Burada əsas məqsəd şagirdlərin yaradıcı düşünmə, məntiqi ardıcıllıqla fikir ifadə etmə və dil bacarıqlarını daha da inkişaf etdirməkdir. Hazırda X sinif məzunları üçün tətbiq edilən bu yeniliyin 2027-ci ildən tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında da tətbiqi nəzərdə tutulur", - deyə M.Abbaszadə qeyd edib.
Seçilən
20
2
oxu.az

10Mənbələr