AZ

FHN Aypara Sarayı nda yoxlama apardı, pozuntular aşkarlandı Şirkət cərimələndi

ain.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 64/72 ünvanında yerləşən "Aypara Sarayı və Şəhərciyi" Kompleksində yanğın təhlükəsizliyi ilə bağlı yoxlama aparılıb. 

Qaynarinfo-nun məlumatına görə, kompleksdə planlı yanğın texniki müayinəsi keçirilən zamanı yanğın tələblərinin pozulduğu faktı aşkar edilib. 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılan yoxlama zamanı sözügedən kompleksdə tikintisi başa çatmış obyektlərin istismara qəbulu qaydalarının pozulması faktı da müəyyən olunub. Nəticədə kompeksi inşaa edən "Aypara Development" Məhdud Məhsuliyyətli Cəmiyyəti (MMC) barəsində İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə protokol tərtib edilib. 

MMC-nin vəkili və etibarnamə əsasında nümayəndəsi Vəkil Telman oğlu izahatında göstərib ki, FHN planlı yoxlama aparılarkən qanunvericliyin tələbləri kobud şəkildə pozulub. Məhkəmənin qərarı ilə "Aypara Development" MMC 2000 manat cərimə edilib. 

İXM-in bu 518.3-cü maddəsinə əsasən, inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə hüquqi şəxslər 2000 manatdan 3000 min manatadək məbləğdə cərimələnir.

Xatıradaq ki, təməli 2013-cü ilin avqust ayında atılan və artıq inşaası başa çatmaq üzrə olan kompleksin tikintisinə rəsmi icazə 6 il əvvəl - 2019-cu ilin iyul ayının 26-da verilib.

"Aypara Sarayı və Şəhərciyi" Kompleksinin ilk sifarişçisi fövqəladə hallar nazir Kəmaləddin Heydərova məxsus olan "Gilan Holdinq" MMC olub. Tikinti ilə ilk olaraq Kəmaləddin Heydərovun oğlu Tale Heydərov məşğul olub. Daha sonra kompeksin tikintisi və rəhbərliyi "Aypara Development" MMC-yə keçib. 41 mərtəbəli obyektin layihəsi 2007-ci ildə Cənubi Koreyanın "Heerim" memarlıq şirkəti tərəfindən hazırlanıb. Layihənin dəyəri təxminən 1,5 milyard ABŞ dolları təşkil edir.

Əhməd

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
qaynarinfo.az

1Mənbələr