AZ

“Dünyada elə ölkə görməmişəm ki, hakimiyyət xalqına bu qədər problem yaratsın” – Gümrü meri – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gümrü meri Vardan Qukasyan sentyabrın 16-da jurnalistlərlə söhbətində Ermənistanın siyasi və sosial vəziyyətini kəskin tənqid edib.

"Bu demokratiyadırsa, hamı "Vətəndaş müqaviləsi"nin üzvü olmalıdır? Dünyada belə demokratiya varmı? Hakimiyyət var, müxalifət var və xalq seçdiyi tərəfi dəstəkləyir. Bu doğmadırmı?" - deyə o bildirib.

Mer özü və oğluna qarşı açılan cinayət işlərinə də toxunaraq qeyd edib: "Dünyada elə ölkə görməmişəm ki, hakimiyyət xalqına bu qədər problem yaratsın. 99% sabiq merlər məhkəməyə verilir. Xalqın dəstəyini qazanan hər kəs dövlət tərəfindən təzyiqə məruz qalır".

Qukasyan həmçinin Ermənistanın hərbi sənaye sahəsində geridə qaldığını vurğulayıb: "Bu gün ölkədə hətta patron da istehsal olunmur. 1941-ci ildə Ermənistanda 110 adda silah və sursat istehsal edilirdi. Müharibə təhlükəsi ilə üz-üzə olan ölkə bu gün silah istehsal etmir. 30 ildir iş yerləri və zavodlar yaratmaqdan danışırlar, amma nəticə yoxdur".

Onun sözlərinə görə, kənd təsərrüfatı da ağır vəziyyətdədir: "Bu gün ölkənin əkinə yararlı torpaqlarının 60%-i istifadəsiz qalır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
58
olaylar.az

1Mənbələr