AZ

Azərbaycanda əhaliyə göstərilən səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində yeni dövlət standartı qəbul edilib

Sözügedən dövlət standartı pasiyentlərin və tibb işçilərinin təhlükəsizliyi və rifahının təmin edilməsinə, həmçinin səhiyyə müəssisələrinin fəaliyyətinin optimallaşdırılmasına şərait yaradacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 7101:2025 “Səhiyyə təşkilatının idarə edilməsi – Səhiyyə təşkilatlarında keyfiyyəti idarəetmə sistemləri – Tələblər” dövlət standartı qəbul edilib.

Yeni dövlət standartı səhiyyə müəssisələrində tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, müştəri məmnuniyyətinin təmin olunması və idarəetmə proseslərinin səmərəliliyinin artırılması məqsədilə keyfiyyətin idarə olunması sistemlərinə dair tələblər və meyarları müəyyən edir.

Qeyd edək ki,  sözügedən dövlət standartının layihəsi “Keyfiyyət Assosiyasiyası” İctimai Birliyi tərəfindən ISO 7101:2023 “Səhiyyə təşkilatının idarə edilməsi – Səhiyyə təşkilatlarında keyfiyyəti idarəetmə sistemləri – Tələblər” (Healthcare organization management – Management systems for quality in healthcare organizations – Requirements) beynəlxalq standartı əsasında hazırlanıb və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ (TƏBİB) ilə razılaşdırılıb. Nəticədə, “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 08) müvafiq qaydada təsdiq edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Seçilən
24
16
ikisahil.az

10Mənbələr