AZ

Xaricdə ibtidai sinif müəllimliyi üzrə diplom alanların 90 faizi peşə tanınması imtahanında uğur qazanmayıb

"İbtidai sinif müəllimliyi" ixtisası üzrə xaricdə əldə edilmiş kvalifikasiyaların son peşə imtahanının nəticələrinə görə müvəffəqiyyət göstəricisi cəmi 10 faiz təşkil edir.

Olaylar.az xəbər verir ki, bu sözləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sifarişiəsasında Dövlət İmtahan Mərkəzi tərəfindən 23 iyun 2025-ci il tarixində təşkil olunan peşə imtahanında "İbtidai sinif müəllimliyi" ixtisası üzrə iştirak edən namizədlərin 90%-i uğursuz nəticə əldə edib.

"Belə ki, sözügedən imtahandahəmin ixtisas üzrə 10 nəfərdən 9 nəfəri uğursuz nəticəgöstərib, yalnız 1 iştirakçı uğurlu nəticə əldə edib.

Qeyd edək ki, uğursuz nəticələrin əsas hissəsi RusiyaFederasiyası, Türkiyə Respublikası və Gürcüstanın ali təhsilmüəssisələrinin (ATM) məzunlarının payına düşür".

Onun sözlərinə görə, bu istiqamətdə TKTA tərəfindən aparılan təhlil göstərir ki, peşə imtahanında uğurlu nəticə əldə etməyən şəxslər əsasənali təhsil müəssisələrinə hər hansı ciddi dəyərləndirməolmadan, yalnız tam orta təhsili bitirmə barədə sənəd təqdimetməklə qəbul olunan şəxslərdir.

"Yekun olaraq, xaricdə ali təhsil almaq istəyən şəxsləri vəonların ailə üzvlərini yuxarıda qeyd olunan nüansları nəzərə almağa çağırırıq"- deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
67
9
olaylar.az

10Mənbələr