AZ

Polad Rzayev Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyasının rəhbəri seçildi

Polad Rzayev Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyasının rəhbəri seçildi

2025-ci il 8 sentyabr tarixində, Azərbaycanda ov və təbiət turizmi sahəsində fəaliyyət göstərən ictimai təşkilatları və çoxsaylı üzvləri özündə birləşdirən Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyasının növbəti hesabat seçki yığıncağı keçirilib.

Toplantı zamanı son iki il ərzində Assosiasiyanın gördüyü işlər, həyata keçirilmiş fəaliyyətlər və üzvlərin çıxışları, həmçinin İctimai Birliyə yeni rəhbər heyətlə bağlı təkliflər dinlənilib. Polad Tofiq oğlu Rzayev yekdilliklə Assosiasiyanın sədri vəzifəsinə seçilib.

Qeyd edək ki, Polad Tofiq oğlu Rzayev Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin ehtiyatda olan mayorudur.

Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyası — ölkədə ovçuluq, biomüxtəliflik, təbiət və ekoturizm sahəsində ixtisaslaşmış, aidiyyəti dövlət qurumları ilə aktiv əməkdaşlıq edən ölkənin aparıcı ictimai təşkilatlardan biridir. Yeni rəhbərlik Assosiasiyanın fəaliyyətini daha da genişləndirmək, yeni layihələrə imza atmaq və ölkədə təbiət turizmi sahəsinin inkişafına töhfə verməyi hədəfləyir.

Toplantı çərçivəsində həmçinin təşkilatın sədr müavini və icraçı direktor postlarına da seçkilər keçirilib və Birliyin rəhbər heyəti tam şəkildə formalaşdırılıb.

Qeyd edək ki, Polad Rzayev Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan hərbi qulluqçusudur və İkinci Qarabağ müharibəsi qazisidir.

O, həmçinin Azərbaycan bayrağı ordeni, “Şücaətə görə” və rayonların işğaldan azad olunması medalları ilə təltif olunub.

Seçilən
29
3
afn.az

5Mənbələr