AZ

Ağır yanıq xəsarətləri alan 9 yaşlı Zaidin dəstəyinizə ehtiyacı var - FOTO

Doqquzyaşlı Zaidin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Ölkə.Az-a onun anası Sədaqət Hüseynova məlumat verib.

Bildirib ki, övladı mayın 5-i qaz sızması nəticəsində baş verən partlayışda ağır yanıq xəsarətləri alıb.

"Zaidin doqquz yaşı var. O, mayın 5-i qaz sızması nəticəsində baş verən partlayışda ağır bədən xəsarətləri alıb. Üzü, qolları, ayaqları tamamilə yanıb. Biz həmin gün Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Dəfələrlə əməliyyat olunub. Artıq evdə müalicəsi davam edir".

Gənc ana övladının müalicəsini davam etdirə bilməsi üçün dəstəyə ehtiyacları olduğunu deyib.

"Ev üçün yazılan müalicəni isə edə bilmirik. İnanın, imkanımız çatmır. Nə mazlarını, nə dərmanlarını almağa. Yoldaşım fəhlə işləyir, bəzən heç iş olmur. Yanıqlara çəkmək üçün mazın qiyməti 90 manatdır. Yanıq hissə böyük olduğu üçün maz tez bitir. Həftədə 200-250 manat xərcimiz çıxır. Artıq lazım olan dərmanları almağa gücümüz çatmır. Yardımsevər şəxslərdən bizə dəstək olmağı xahiş edirik", - deyə o söyləyib.

Ailə ilə əlaqə: (055) 968-04-46.

"Kapital Bank": 4169 7388 1195 2617.

 

Seçilən
58
1
olke.az

2Mənbələr