AZ

Polis müxalifətin "Türk şəhidliyi"nə ziyarətinə mane olub

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Bakının işğaldan azad olunmasının ildönümünü qeyd etmək istəyən Azərbaycan Xalq Cəbhəsi Partiyasına polis mane olub.

Yayılan videolardan görünür ki, Milli Şura sədri Cəmil Həsənli çıxış etməyə başlayarkən polis onun nitqini dayandırır.

Kadrlarda polisin AXCP sədri Əli Kərimlini və Cəmil Həsənlini abidənin qarşısından uzaqlaşdırdığı əks olunur.

Əli Kərimli sosial mediada bildirib ki, "Polisin bu əməliyyatı həm Türkiyə, həm də Azərbaycan şəhidlərinə qarşı hörmətsizlikdir."

O, həmçinin qeyd edib ki, polis onların 20 Yanvar şəhidlərini ziyarət etməsinə də mane olub.

Azərbaycan Daxili İşlər Nazirliyi polisin bu yürüşə müdaxiləsi ilə bağlı BBC-nin suallarına cavab verməyib.

Azərbaycan hakimiyyəti illərdir beynəlxalq təşkilatlar tərəfindən sərbəst toplaşmaq azadlığının pozulmasına görə tənqid olunur.

Bildirilir ki, siyasi təşkilatların və vətəndaş cəmiyyətinin təşkil etdiyi kütləvi tədbirlərə icazə verilmir, bu cür aksiyalar əksərən polis müdaxiləsi ilə dağıdılır.

Azərbaycan hökuməti ölkədə bütün azadlıqların təmin edildiyini deyir.

1918-ci il sentyabrın 15-də Osmanlı və Azərbaycan orduları Bakıya daxil olub. Bundan az sonra Azərbaycan Xaql Cümhuriyyəti öz paytaxtını Gəncədən Bakıya köçürüb.

Videoya YouTube kanalımızda baxın.

Seçilən
30
bbc.com

1Mənbələr