AZ

Xocasəndə qəza: Sürücü iti xilas etmək üçün həyatını riskə atdı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Paytaxtın Binəqədi rayonu, Xocasən qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza sentybarın 15-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “KamAZ” markalı maşın yoldan çıxaraq dərəyə düşüb. Hadisə şahidlərin iddiasına əsasən, qəzaya səbəb sürücünün qarşısına qəfil heyvanın çıxması olub. Nəticədə iti vurmamaq üçün manevr edən sürücü anidən idarəetməni itirib və qəzaya düşüb. Hadisə zamanı nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən sürücü xəsarət almayıb.

Qeyd edək ki, qəzanın görüntüsü sosial şəbəkədə geniş yayılıb. İstifadəçilərin əksəriyyəti sürücünün heyvanı xilas etməsi üçün həyatını riskə atmasına müsbət reaksiya veriblər.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
avtosfer.az

1Mənbələr