AZ

Gürcüstanda yol qəzasında 15 nəfər yaralanıb

Tbilisi, 16 sentyabr, AZƏRTAC

Gürcüstanın Baxmaro bölgəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 15 nəfər xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mikroavtobusun sürücüsü idarəetməni itirərək yoldan çıxıb.

Xəsarət alanlar arasında xarici ölkə vətəndaşları da var. Yaralıların hamısı xəstəxanaya çatdırılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı (yol hərəkəti təhlükəsizliyi və ya istismar qaydalarını pozma) maddəsi ilə araşdırma aparılıb.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

 

Seçilən
51
azertag.az

1Mənbələr