AZ

Poçt rabitəsi operatorları və “Temu” nümayəndələri ilə müzakirələr aparılıb

Bakı. Trend:

Azərbaycanın telekommunikasiya və poçt rabitəsi sahələrindətənzimləyici qurumu olan İnformasiya Kommunikasiya TexnologiyalarıAgentliyində (İKTA) poçt rabitəsi xidmətlərinin göstərilməsisahəsində mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə poçtrabitəsi operatorları ilə müzakirələr aparılıb.

Trend xəbər verir ki, bu barədə İnformasiyaKommunikasiya Texnologiyaları Agentliyi məlumat yayıb.

Bildirilib ki, müzakirə zamanı vətəndaşlardan daxil olanşikayətlər əsasında bəzi poçt rabitəsi operatorlarınınqanunvericiliyin tələblərinə uyğun olmayan obyektlərdə bağlamalarıtəhvil verməsi ilə bağlı narazılıq hallarının artması və bu sahədəmövcud çətinliklər müzakirə olunub. Sözügedən problemlərin aradanqaldırılması istiqamətində görüləcək tədbirlər barədə fikirmübadiləsi aparılıb, həmçinin operatorlar qarşılaşdıqlarıçətinliklər haqqında məlumat veriblər. Poçt rabitəsioperatorlarının nəzərinə çatdırılıb ki, qanunvericiliyintələblərinə uyğun olmayan obyektlərdə poçt göndərişlərinin təhvilverilməsi yolverilməzdir və analoji hallar təkrarlanarsa,lisenziyaların dayandırılması və ya ləğvi haqda məsələqaldırılacaq.

Məsələ ilə bağlı “Temu” elektron ticarət platformasının məsulnümayəndələri ilə də müzakirələr aparılıb. Danışıqlar zamanı poçtrabitəsi sahəsində Azərbaycan Respublikası qanunvericiliyinintələbləri “Temu” təmsilçilərinin diqqətinə çatdırılıb. Qarşı tərəfdə öz növbəsində müştəri məmnuniyyətinə xüsusi önəm verdiyini vəproblemlər yaranan zaman onların qısa müddətdə aradan qaldırılmasıüçün İKTA ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Əlavə olaraqqeyd olunub ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyitərəfindən təqdim olunmuş məlumat əsasında sürətli poçt xidmətifəaliyyət növü üzrə verilmiş lisenziyaların siyahısı Agentliyinveb-saytında dərc olunur və “Temu” əməkdaşlıq etdiyi poçt rabitəsioperatorlarının lisenziya məlumatlarını bu siyahı ilə dəqiqləşdirəbilər.

Aparılan müzakirələrin nəticəsi olaraq 217 obyekt haqqındaməlumat “Temu” elektron ticarət platformasından yığışdırılıb.Həmçinin gələcəkdə analoji problemlərin qarşısının vaxtındaalınması və vətəndaş müraciətlərinin effektiv cavablandırılmasıməqsədilə İKTA və “Temu” arasında qarşılıqlı işbirliyinə dairrazılıq əldə edilib.

Qeyd edək ki, bu yanaşma həm sahənin sağlam inkişafına, həm dəvətəndaşların daha etibarlı və keyfiyyətli poçt rabitəsi xidmətləriilə təmin olunmasına xidmət edəcək.

Seçilən
50
15
az.trend.az

10Mənbələr