AZ

AFB Bank müştərilərinə tam onlayn “Başdan Başa” kredit layihəsini təqdim edir

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Az saylı banklarda olan AFB Bank-ın yeni məhsulu – “Başdan Başa” onlayn nağd pul krediti, müştərilərə kredit prosesini tamamilə onlayn, rahat və sürətli həyata keçirməyə imkan verir. Bu layihə çərçivəsində bankdan kredit götürmək istəyən müştərilər üçün proses tam onlayn və olduqca rahatdır.AFB Bank-da kreditlər cəmi 10.5%-dən başlayan faiz dərəcəsi ilə təqdim olunur və komissiya isə sıfırdır. Prosesin tam “başdan başa” rəqəmsal olmasını dəstəkləmək üçün bank müştərilərinə rəqəmsal bank kartını hədiyyə edir. Kredit vəsaiti birbaşa həmin karta mədaxil olunur və müştərilər bankomatdan heç bir əlavə komissiya ödəmədən vəsaitlərini nağdlaşdırmaq imkanına sahib olurlar.Bu layihə ilə AFB Bank müştərilərinə 50 000 AZN-ə qədər krediti banka gəlmədən, sürətli və rahat şəkildə əldə etmək imkanı yaradır. Beləliklə, müştərilər vaxt itirmədən, tam rəqəmsal həllər vasitəsilə öz maliyyə ehtiyaclarını qarşılaya bilirlər. Sifariş üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz:https://bit.ly/AFB-kreditAFB Bank son illərdə həyata keçirdiyi innovativ addımlarla rəqəmsal transformasiyanı sürətləndirməkdədir. Bankın yeni böyümə strategiyası da məhz bu istiqamətdə qurulub – müştəri yönümlü xidmətlərin genişləndirilməsi, rəqəmsal məhsulların təkmilləşdirilməsi və daha əlçatan bankçılıq həllərinin təqdim olunması əsas prioritetlər sırasındadır. “Başdan Başa” layihəsi isə bu strategiyanın uğurlu nümunələrindən biri kimi müştərilərə təqdim edilir. Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
4
demokrat.az

5Mənbələr