AZ

Spiker: Gürcüstanda “dinc inqilab” istəyənlər kənardan idarə olunurlar

TBİLİSİ, 16 sentyabr. TELEQRAF

Gürcüstanda hakimiyyəti zorakılıqla dəyişməyə cəhd edən hər kəs qanun qarşısında cavab verəcək.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Gürcüstanda hakimiyyəti devirmək istəyənlərin kənardan idarə olunduğu hamıya aydındır.

“Oktyabrın 5-də gürcü xalqı zorakılıqla hakimiyyət dəyişikliyi təşkil edənlərə layiqli cavabı mütləq vercək”, - spiker söyləyib.

Ş.Papuaşvili qeyd edib ki, ölkədə hakimiyyəti dəyişməyin yeganə demokratik yolu seçkilərdir:

“Hazırda mərkəzi hakimiyyətin dəyişdirilməsi üçün hər hansı bir seçki planlaşdırılmır”.

Qeyd edək ki, Gürcüstanda oktyabrın 4-də yerli seçkilər keçiriləcək. Müxalifət həmin günə “dinc inqilab”a nail olmaq məqsədilə Tbilisidə mitinq təyin edib.

Seçilən
24
teleqraf.com

1Mənbələr