AZ

Sosial xidmətin inkişafı üzrə Dövlət Proqramının hədəf göstəriciləri müzakirə olunub

Bakı, 16 sentyabr, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlər çərçivəsində növbəti il üzrə hədəf göstəricilərin dəqiqləşdirilməsinə dair müzakirə keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüşdə mərkəzin Dövlət Proqramları şöbəsinin müdiri Lətif Zeynallı, İqtisadi təhlil şöbəsinin müdir müavini Elnur Ələkbərov, həmçinin Tədbirlər Planında əsas icraçı kimi nəzərdə tutulmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri iştirak ediblər.

Müzakirələr zamanı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının uğurla davam etdiyi vurğulanıb. Həmçinin növbəti illər üzrə indikativ planlaşdırma prosesində nəzərə alınmalı məqamlar, eləcə də monitorinq və qiymətləndirmə mexanizmlərinin daha səmərəli təşkili baxımından vacib istiqamətlər diqqətə çatdırılıb.

Qeyd edək ki, “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli, 4059 nömrəli Sərəncamı ilə təsdiq edilib. Sərəncamın 3-cü bəndinə əsasən, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilir.

Seçilən
27
2
azertag.az

3Mənbələr