AZ

Üç il öncə “yoxa çıxan” nazir Şuşada peyda oldu – FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Şuşada ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Maliki qəbul edib.

KONKRET.az xəbər verir ki, sözügedən görüş çərçivəsində çəkilən şəkillərdə sabiq mədəniyyət naziri Anar Kərimov da yer alıb.

22 dekabr 2022-ci il tarixində mədəniyyət naziri vəzifəsindən azad edilən Anar Kərimov uzun müddətdir görünmürdü.

Məlumata görə, o, 2023-cü ilin mayından İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatında (ISESCO) Tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq sektorunun müdiri vəzifəsində çalışır.

1757941416117315468c80ea80f509

Seçilən
5
13
konkret.az

10Mənbələr