AZ

Dövlət borcu 32 milyard manata çatacaq

2025-ci ilin sonuna Azərbaycanın dövlət borcunun (xarici və daxili)25,4 milyard manat səviyyəsinə və ya proqnozlaşdırılan ÜDM-in 19,6 faizinə çatacağı gözlənilir.

Teleqraf Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2025-ci il 1 iyul tarixinə dövlət borcunun ÜDM-ə nisbəti 19,6 faiz təşkil etib.

“Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsi” ilə müəyyən edilən hədəflərə olunandəyişikliklərə əsasən,2025-ci ilin sonunadək dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30 faizdən aşağı səviyyədə saxlanılması, bu zaman xarici dövlət borcunun 10,0 milyard ABŞ dollarını üstələməməsi kimi hədəflər müəyyən edilib.

Ortamüddətli (2026-2029-cu illər) dövrün sonuna dövlət borcunun (xarici və daxili) ümumi məbləğinin 32 milyard manat səviyyəsinə çatacağı və 2029-cu il üzrə proqnozlaşdırılan ÜDM-in 19,8 faiz səviyyəsində olacağı gözlənilir.

Seçilən
33
1
teleqraf.com

3Mənbələr