AZ

Antalyada Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu keçiriləcək

Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 3–5 noyabrda Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu keçiriləcək.

OLAY yazır ki, tədbir Türkiyənin Antalya şəhərində baş tutacaq.

Forum çərçivəsində mədəniyyət elçiləri şəbəkəsinin fəaliyyəti əsasında Azərbaycan mədəniyyətinin beynəlxalq müstəvidə təbliği, müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzləri və Azərbaycan Evləri ilə mədəniyyət xadimlərinin qarşılıqlı əməkdaşlığının inkişaf etdirilməsi nəzərdə tutulur.

Proqramda panel sessiyaları və müzakirələr, milli mədəni irs nümunələrindən ibarət sərgi və konsert proqramı təşkil ediləcək. Forum iştirakçıları, həmçinin Antalya şəhərində Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 1–9 noyabr tarixlərində keçiriləcək "Mədəniyyət Yolu" Festivalında iştirak edəcəklər. Azərbaycan sözügedən festivalda fəxri qonaq statusunda təmsil olunacaq.

Xaricdə yaşayan azərbaycanlı mədəniyyət xadimləri 2025-ci il oktyabrın 1-dək https://culture.fillout.com/elchiler səhifəsi üzərindən qeydiyyatdan keçə bilərlər.

Seçilən
10
8
olay.az

9Mənbələr