ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Bir neçə gün öncə vəfat edən Xalq artisti Hacı Murad Yagizarovla Təzəpir məscidində vida mərasimi keçirilir.
“Qafqazinfo”nun məlumatına görə, mərasimdə ölkənin mədəni-ictimai xadimləri, mərhumun ailə üzvləri və sənət dostları iştirak edir.
Hacı Murad Yengizarov 2-ci Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, tanınmış aktyor sentyabrın 13-ü uzunsürən xəstəlikdən sonra 86 yaşında Almaniyada dünyasını dəyişib. Onun nəşi bu gün Vətənə gətirilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.