Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli sammitdən danışmağa hələ ki əsas yoxdur.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Onun sözlərinə görə, Vladimir Putin Zelenski ilə təmaslar baxımından tələb olunan hər şeyi tam şəkildə deyib
“Əgər bizim bu siqnallarımıza sağlam, ayıq, ağlabatan reaksiya yoxdursa, o zaman hansısa üçtərəfli formatdan danışmaq üçün əsas yoxdur”, - deyə Ryabkov vurğulayıb.