AZ

İqtisadi fəaliyyət xərcləri 10 %-ə yaxın azaldılır - Vergi və gömrük orqanlarının öhdəliyi artırılır

2026-cı ildə Azərbaycanda iqtisadi fəaliyyət xərclərinin 7 milyard 630,7 milyon manat olması nəzərdə tutulur.

Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 9,75 % azdır.

2026-cı ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin büdcəyə 16 milyard 821 milyon manat vəsait köçürəcəyi gözlənilir.

Məlumata görə, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 8,5 % çoxdur.

Dövlət Vergi Xidmətinin xətti ilə proqnozlaşdırılan daxilolmaların 78,6 %-i və yaxud 13 milyard 221 milyon manatı qeyri-neft-qaz sektorunun, 21,4 %-i və yaxud 3 milyard 600 milyon manatı neft-qaz sektorunun payına düşür. 

2026-cı ildə Dövlət Gömrük Komitəsinin büdcəyə 6,85 milyard manat vəsait köçürəcəyi gözlənilir.

Məlumata görə, bu, 2025-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 3,8 % çoxdur.

Seçilən
37
1
hurriyyet.az

2Mənbələr