AZ

Bir sıra Aİ ölkələri Rusiya vətəndaşları üçün viza məhdudiyyətlərini bloklayıb

Bir

Bir sıra Avropa İttifaqı ölkələri Rusiya vətəndaşları üçün vizalara yeni məhdudiyyətlər tətbiq etmək təklifini bloklayıb.

APA-nın Moskva bürosu xəbər verir ki, Yunanıstan, İspaniya, İtaliya, Fransa və Macarıstan Aİ-nin Rusiya vətəndaşlarına Şengen vizasının verilməsinə yeni məhdudiyyətlər tətbiq etmək təklifinə blok qoyub.

Yunanıstanın “pronews” portalı yazır ki, bu ölkələr 2022-ci ildən bəri ilk dəfə belə bir qərar qəbul ediblər.

Nəşrin qeyd etdiyi kimi, Yunanıstan Rusiya vətəndaşları üçün viza məhdudiyyətləri tətbiq etməkdən imtina edib, çünki bu, rusiyalı turistlərin hələ də gəldiyi regionlarda, məsələn, İon adalarında turizm üçün fəlakətli nəticələrə gətirib çıxaracaq. Statistikaya görə, rusiyalı turistlər gündə orta hesabla 1300 avro, orta turist isə 567 avro xərcləyir.

Nəşrin yazdığına görə, digər səbəb isə Yunanıstandakı rus icmasının məhv ola biləcəyidir, çünki onun üzvlərinə uzunmüddətli viza verilməyəcək. Rusiya da yunanlara qarşı oxşar tədbirlər görəcək ki, bu da ixracın daha da kəskin azalmasına səbəb olacaq.

Seçilən
36
3
xalqcebhesi.az

4Mənbələr