AZ

Qızılın qiymət artımına təsir edən amillər AÇIQLANDI

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Hazırda dünya birjalarında qızılın dəyər qazanmasının bir sıra əsas səbəbləri mövcuddur”.Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abasbəyli deyib.O, bildirib ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini aşağı səviyyədə saxlayır:“Bu qərar dolların ucuzlaşmasına səbəb olur ki, nəticədə qlobal maliyyə bazarlarında spekulyativ meyillər güclənir. Dolların dəyər itirməsi isə qızıla olan tələbi artırır. Digər mühüm amil isə qlobal hərbi qarşıdurmalardır. Xüsusilə Yaxın Şərqdəki münaqişələr və Rusiya-Ukrayna müharibəsinin davam etməsi geosiyasi qeyri-müəyyənliyi dərinləşdirir. Bu kimi qeyri-sabitlik şəraitində investorlar risklərdən qorunmaq üçün ənənəvi etibarlı aktiv sayılan qızıla üz tuturlar. Bundan əlavə, iqtisadi müharibələr və qarşılıqlı sanksiyaların tətbiqi də qızılın qiymətinə təsir göstərir. Tərəflər arasında artan ticarət və maliyyə gərginlikləri investorları riskləri diversifikasiya etməyə vadar edir ki, bu da qızıla olan tələbi artırır”. İqtisadçı əlavə edib ki, Hindistan, Çin və Rusiya kimi ölkələrin öz qızıl ehtiyatlarını son illərdə sürətlə artırmasıdır:“Bu ölkələrin mərkəzi bankları qızıla olan tələbi daha da stimullaşdırır, bu da qiymətlərin bahalaşmasına səbəb olur. Qızıl hasilatı sahəsində artan istehsal xərcləri və bəzi mədənlərdə fəaliyyətin azalması da təklifi məhdudlaşdırır. Bu isə qızılın dəyərinin artmasına təsir edən digər vacib amildir. Kriptovalyuta bazarlarında müşahidə olunan qeyri-müəyyənlik və dalğalanmalar, xüsusilə də Nyu-York birjasında, bir çox sərmayəçinin diqqətini daha stabil və təhlükəsiz aktiv olan qızıla yönəldib. Bu da əlavə tələbat yaradaraq qiymətlərin daha da yüksəlməsinə səbəb olub”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
1
demokrat.az

2Mənbələr