AZ

Polisi öldürdü, 5 nəfərə xəsarət yetirdi - Ömürlük həbs

Yazını böyüt
Yazını kiçilt

Almaniyada məhkəmə polis əməkdaşını bıçaqlayaraq öldürən və daha beş nəfərə xəsarət yetirən şəxsə ağır cəza verib.

Hafta.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilib ki, hücumu törədən əfqanəsilli 26 yaşlı Sulayman Atae Ştutqart Ali Əyalət Məhkəməsinin hökmü ilə xüsusilə ağır cinayət törətməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib.

Sulayman Atae 2024-cü il mayın 31-də Manhaymın bazar meydanında altı nəfərə bıçaqla xəsarət yetirib. Xəsarət alanlardan beşi İslam dinini tənqid edən “Pax Europa” vətəndaş hərəkatının üzvü, biri isə polis əməkdaşı olub. Polis əməkdaşı aldığı xəsarətlər nəticəsində iki gün sonra dünyasını dəyişib. Sulayman Atae isə digər bir polis əməkdaşı tərəfindən atəş açıldıqdan sonra saxlanılıb. İstintaq zamanı prokurorluq təqsirləndirilən şəxsin hadisədən əvvəlki illərdə radikallaşdığını və İŞİD terror qruplaşmasına simpatiya bəslədiyini qeyd edib.

Xatırladaq ki, ötən ilin iyulunda Zolingen şəhərində 3 nəfərin ölümü və 8 nəfərin xəsarət alması ilə nəticələnən bıçaqlı hücumu törədən suriyalı şəxs də bir neçə gün əvvəl məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum olunub.

Seçilən
56
2
hafta.az

3Mənbələr