İranda silahlı insident baş verib.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, İranın Zahidan şəhərində polis avtomobilinə silahlı hücum olub.
İnsident nəticəsində 3 polis əməkdaşı həlak olub.
Hücumun kim və ya kimlər tərəfindən təşkil edildiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.