BAKI, 16 sentyabr. TELEQRAF
Qazaxıstan və Qırğızıstan (Almatı-Karakol) arasında yeni hava marşrutunun açılması haqqında saziş imzalanıb.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Mülki Aviasiya üzrə Dövlət Agentliyi məlumat yayıb.
Razılaşma 1970-ci illərdə mövcud olan tarixi marşrutu yenidən işə salacaq.