AZ

Bu şəxslərə birdəfəlik 500 manat veriləcək

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşlarına birdəfəlik pul mükafatı veriləcək.

Publika.az xəbər verir ki, İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı SOCAR-ın prezidenti Rövşən Nəcəf müvafiq əmr imzalayıb.

Əmrə əsasən, 19 sentyabr 2025-ci il tarixinə SOCAR-ın işçi siyahısında olan əməkdaşlara (idarə heyətinin üzvləri istisna olmaqla) bir dəfəlik olaraq 500 manat məbləğində mükafat veriləcək.

Qeyd olunub ki, SOCAR əməkdaşları 20 sentyabr - "Neftçilər günü" peşə bayramı münasibətilə mükafatlandırılacaq.

Seçilən
27
2
publika.az

10Mənbələr