AZ

“Qəbirlərin üzərində bu məlumatlar olmalıdır, şəkillər isə… İlahiyyatçı KONKRET

ain.az, Konkret.az saytına istinadən bildirir.

“Qəbirlərin üzərinə foto yerləşdirmək İslam dinində haram sayılmasa da, bəyənilmir ”.

Bu fikirləri KONKRET.az-a ilahiyyatçı Fazil Əhməd səsləndirib:

“Hazırda qəbirlərin üzərində müxtəlif məlumatlar hətta QR kod şəklində də yerləşdirilir. Foto qoymaq məsələsi isə sovet dövründən bu yana geniş yayılıb. Şəhidlərimizin fotolarının qəbir üzərində olması müəyyən mənada insanlarda onların kimliyi barədə təsəvvür yaradır və bu, başa düşüləndir. Amma adi insanların qəbirlərində fotoşəkillərin olması məqsədəuyğun deyil”.

İlahiyyatçı həmçinin son illərdə qəbirlərin üzərinə rəngli fotoların, hətta heykəl formasında təsvirlərin də qoyulduğunu qeyd edib:

“Bunlar israfdır. Yüz ildən sonra heç kəsə lazım olmayacaq. İnsanlar bunu özləri üçün edirlər, guya savab qazanırlar. Amma bunun heç bir savabı yoxdur. Qəbir üzərində ad, soyad və haqqında qısa məlumatın olması kifayətdir”.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
konkret.az

2Mənbələr