AZ

Siyavuş Novruzov: Rəhmətə gedəni dəfn etməyə yer tapmaq olmur

BAKI, 16 sentyabr. TELEQRAF

"Elə adamlar var ki, o rəhmətə gedəndə dəfn yeri tapmaq olmur".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Siyavuş Novruzov deyib.

O qeyd edib ki, bələdiyyələrə dəfn yerinin ayrılması məsələsində səlahiyyətlər verilməlidir: "Çünki rəhmətə getmiş adamı bir ay saxlamaq olmaz ki?! Bu məsələdə onlara daha çevik qərar vermək üçün imkanlar yaradılmalıdır”.

Seçilən
32
teleqraf.com

1Mənbələr