AZ

Bələdiyyələrin birləşdirilməsi ilin sonuna qədər tamamlanacaq

Hazırda bələdiyyələrin birləşdirilməsi prosesi yekunlaşmaq üzrədir.Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin rəisi Elmin Həsənov deyib. O qeyd edib ki, proses başa çatdıqdan sonra Ədliyyə Nazirliyi tərəfindən hökumətə məktubla müraciət ediləcək.

“Həmçinin yeni yaradılan bələdiyyələrin nizamnaməsinin hüquqi aktların siyahısına daxil edilməsi üçün işlər görülür. Bu ilin sonuna qədər prosesi yekunlaşdırmağı planlaşdırırıq. Eyni zamanda ilin sonuna qədər bələdiyyələrin birləşdirilməsi və nizamnamələrlə bağlı işlər də yekunlaşacaq”- deyə E.Həsənov bildirib.

Seçilən
26
1
metbuat.az

2Mənbələr