AZ

Rusiyada "Əfsanələr Kuboku" keçiriləcək - Azərbaycanlı məşqçi də dəvət aldı

Rusiyanın paytaxtı Moskvada Konstantin Yeryomenkonun xatirəsinə həsr olunmuş "Əfsanələr Kuboku" turniri keçiriləcək. Budəfəki yarışda 6 komanda iştirak edəcək: "Dünya əfsanələri", "Avropa əfsanələri", "Asiya əfsanələri", "Türkiyə əfsanələri", "Rusiya əfsanələri" və "Serbiya əfsanələri". 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycanın da veteran futbolçularından biri turnirə dəvət alıb. 

Belə ki, Azərbaycan millisinin sabiq çalışdırıcısı Arif Əsədov "Meqastar" idman sarayında baş tutacaq yarışa qatılacaq. O, "Asiya əfsanələri"nə dəvət olunub. 

"Dünya əfsanələri"ndə Sebastyan Fray, Maykon, Aldair, Süleyman Diarra, Georgios Karaqunis, Qleb, Kuranyi, Adrian Mutu, "Türkiyə əfsanələri"ndə Hasan Kabze, Semih Şenturk, Tuncay Şanlı, Serkan Balcı, Özer Hurmacı kimi tanınmışlar yer alıb. Əsədov isə əsasən Qazaxıstan, Gürcüstan, Ermənistan, Özbəkistandan olan veteranlarla (Almat Bekbayev, Qafurjan Suyumbayev, Xurşed Mahmudov, Server Caparov, Odil Ahmedov, Zaza Janaşia, Albert Sarkisyan, Pavel Solomin, Almir Muhutdinov) komanda yoldaşı olacaq. 

Yarış 20-21 sentyabrda keçiriləcək. İlk gündə qrup oyunları, ikinci gündə isə pley-off qarşılaşmaları keçiriləcək.


Mirağa

Seçilən
18
1
fanat.az

2Mənbələr