AZ

Sentyabrın 21-də ilin ikinci Günəş tutulması baş verəcək


Sentyabrın 21-də 2025-ci ilin ikinci Günəş tutulması baş verəcək. Bu, qismən Günəş tutulmasıdır. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından baki-xeber.com-a verilən xəbərə görə, tutulma hadisəsi sentyabrın 21-i saat 21:29:32-də başlayıb, sentyabrın 22-si saat 01:53:33-də sona çatacaq. Tutulma hadisəsi 4 saat 22 dəqiqə davam edəcək. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43:04-də olacaq. Tutulma hadisəsi Sakit okean, Yeni Zellandiya və Antarktidada görünəcək. Tutulma Azərbaycan ərazisindən müşahidə olunmayacaq. Günel CƏLİLOVA

Seçilən
58
48
baki-xeber.com

10Mənbələr