ain.az, sport24.az saytına istinadən bildirir.
"Roma"nın hücumçusu Paulo Dibala A Seriyasında "Torino" ilə matçda (0:1) zədələnib və 2 həftə meydana çıxa bilməyəcək. Sport24.az xəbər verir ki, bu barədə "Gazeta Express" məlumat yayıb.
31 yaşlı argentinalıya sol bud nahiyəsindən yüngül zədə diaqnozu qoyulub. O, "Torino" ilə oyunun fasiləsində əvəzlənib.
Futbolçu sentyabrın 21-də A seriyasında "Latsio", sentyabrın 24-də isə Avropa Liqasında "Nitsa" ilə oyunu buraxa bilər.
Qeyd edək ki, Dibala 2025/26 mövsümündə A Seriyasında 3 matça çıxıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.