AZ

Onları terror təşkilatı elan edəcəyəm - Tramp

ABŞ prezidenti Donald Tramp siyasi fəal Çarli Kirkin qətlə yetirilməsi ilə bağlı bəyanat verib.

Publika.az xəbər verir ki, Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında “Antifa” və digər radikal solçu qrupları “yerli terror təşkilatı” kimi tanıyacağını bildirib.

O, sözügedən qrupları “dəhşətli” adlandıraraq vurğulayıb: “Bizim kifayət qədər radikal qruplarımız var və onlar cinayətlərdən yayınmağı bacarıblar. Onları yerli terror təşkilatı elan etmək mənim səlahiyyətimdədir. Kabinet üzvlərinin dəstəyini alsam, bunu yüz faiz həyata keçirəcəyəm”.

Qeyd edək ki, sentyabrın 10-da ABŞ-ın Yuta ştatında universitet şəhərciyində çıxış edən Çarli Kirk təxminən 800 metr məsafədən açılan atəş nəticəsində boyun nahiyəsindən güllələnərək öldürülüb.

Seçilən
19
publika.az

1Mənbələr