Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti işğaldan azad olunmuş torpaqlara növbəti səfəri ilə həm tarixi, həm də siyasi baxımdan mühüm mesajlar verdi.
Bu səfər yalnız quruculuq işlərinin miqyasını deyil, həm də Azərbaycan xalqının öz yurduna qayıdışını, milli birliyini və gələcəyə inamını nümayiş etdirdi.
Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Elçin Mirzəbəyli vurğulayıb ki, ən önəmli məqamlardan biri Hadrutda məscidin açılması və qədim Azərbaycan yurdunda azan səsinin yenidən ucadılmasıdır:
“Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərə səfəri bir çox mühüm məqamlarla və mesajlarla yadda qaldı. Şübhəsiz ki, Xocalının artıq bərpa edilmiş kəndlərinə sakinlərin, bu torpaqların əbədi sahiblərinin qaydışı və Cənab Prezidentin onlarla görüşü də xüsusi əhəmiyyət daşıyır”.
Deputat vurğulayıb ki, verilən mesajlar həm keçilən yolu, həm də Azərbaycan xalqının və dövlətinin quruculuq potensialını ifadə edən mühüm faktor kimi dəyərləndirilməlidir:
“Cənab Prezident vurğuladı ki, son 80 ildə dünyanın heç bir xalqı və dövləti Azərbaycan xalqının və dövlətinin əldə etdiyi nəticələrə nail ola bilməyib. Bu məqam həm tariximiz, həm də bu günümüz üçün böyük əhəmiyyət kəsb edir.
Xatırlatmaq lazımdır ki, Azərbaycan xalqı və dövləti yalnız Ermənistanla, təcavüzkarlarla mübarizə aparmırdı, eyni zamanda işğal faktorunu legitimləşdirməyə çalışan güc mərkəzləri ilə də ən müxtəlif platformalarda mücadilə edirdi. Bu proses ölkəmizə qarşı ciddi təzyiqlərlə və ağır basqılarla müşayiət olunurdu.
Lakin bütün bunlara baxmayaraq, döyüş meydanında olduğu kimi, diplomatiya və informasiya müstəvisində də Azərbaycan lideri xalqın və dövlətin qələbəsini təmin etdi.
Dövlət başçısının Xocalı sakinləri ilə görüşdə qeyd etdiyi kimi, bu torpaqlara əbədi olaraq sülhün və təhlükəsizliyin gəlişi üçün möhkəm zəmin yaradıldı”.
Şəbnəm Rəhimova
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.