AZ

Qurban Qurbanova edilən hörmətsizliklə bağlı "Qarabağ"dan RƏSMİ AÇIQLAMA

Ötən gün “Qarabağ” futbol klubunun mətbuat konfransı keçirilib.  Mətbuat konfransında xüsusi bir məqam diqqətdən qaçmayıb. Belə ki, baş tutan mətbuat konfransında portuqaliyalı jurnalistlərin Qurban Qurbanova sual ünvanlamaması birmənalı qarşılanmayıb.


Məsələ ilə bağlı Manset.az Qarabağ FK-nın münasibətini öyrənib. Futbol klubunun mətbuat katibi Anar Hacıyev açıqlamasında bildirib ki, portuqaliyalı jurnalistlərin konfrans ərzində sual ünvanlamamasının bir neçə səbəbi var.

“Qurban bəy mətbuat konfransına qədər Portuqaliyanın iki televiziya kanalına uzun müsahibə verib. Bu şəkildə özəl müsahibələr alındığına görə, mətbuat konfransında da çox sual olmadı. Bildiyimiz kimi, mətbuat konfranslarında bəzən bütün nüanslar aydın olduğuna və sual yaradan məqam olmadığına görə, sual verilməyə bilər. Bunun səbəblərindən biri də müsahibələrin eksklüzivliyini qorumaqdır. Qurban bəyə ünvanlanan suallar və onun cavabları eksklüziv formada yayımlanacaq. Baş tutmuş mətbuat konfransının müddəti də qısa olduğuna görə, suallar az oldu. Bu səbəbdən də buradan xüsusi məna çıxarılması yolverilməzdir”.

Anar Hacıyev qeyd edib ki, Qurban Qurbanovun bugünkü oyundan əvvəl yenidən iki Portuqaliya televiziyasına müsahibəsi baş tutacaq.

 

Fidan Vəlisoy 

Seçilən
16
3
manset.az

4Mənbələr