AZ

ABŞ-dən gözlənilməz ADDIM

ABŞ Dövlət Departamenti rəqabət qabiliyyətini artırmaq və xaricə satışları sürətləndirmək məqsədilə pilotsuz uçuş aparatlarının (PUA) ixracındakı məhdudiyyətlərin yumşaldıldığını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Dövlət Departamentinin Siyasi-Hərbi İşlər Bürosu tərəfindən yayımlanan yazılı açıqlamada bildirilib ki, ABŞ Dövlət Katibi Marko Rubio 9 aprel tarixində “Sürəti və Hesabatlılığı Artırmaq üçün Xarici Müdafiə Satışlarının İslahatı” adlı Prezident Fərmanı çərçivəsində ABŞ hökumətinin pilotsuz təyyarə sistemləri (UAS) ilə bağlı ixrac siyasətinin yenilənməsini təsdiqləyib.

Qeyd olunub ki, UAS-lar “F-16” döyüş təyyarələri kimi qiymətləndiriləcək və 1987-ci il Raket Texnologiyasına Nəzarət Rejimi çərçivəsində uzun müddətdir tətbiq olunan məhdudiyyətlər yumşaldılacaq.

Seçilən
6
1
cebheinfo.az

2Mənbələr