AZ

Qrant müsabiqəsinin nəticələri açıqlandı - FOTO

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri elan olunub.

“Cebheinfo.az” xəbər verir ki, müsabiqəyə 54-ü (3 %) “Ümumi təhsil müəssisələri”, 1 498-i (97 %) isə “Fərdi layihələr” kateqoriyası üzrə olmaqla ümumilikdə 1 552 layihə təqdim edilib.

Müsabiqəyə təqdim edilən layihələr əvvəlcə texniki ekspertizadan keçirilib və nəticədə 1 516 (98 %) layihə “Məzmun ekspertizası” mərhələsinə buraxılıb.

Bu mərhələdə layihələr ekspert qrupu tərəfindən 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan 220 layihə qrant qazanıb.

Həmin layihələrin 6-sı (3 %) ümumi təhsil müəssisələrinin, 214-ü (97 %) isə təhsilverənlərin fərdi layihələridir.Qrant qazanmış iştirakçılardan 157-si (71 %) ilk dəfədir ki bu müsabiqənin qalibi olub. Daha çox layihəsi qrant qazanmış şəhər və rayonlara Bakı ilə yanaşı, Cəlilabad, Gəncə, Abşeron, Şəmkir və Sumqayıt daxildir.

Müsabiqənin nəticələri barədə bildirişlər, o cümlədən hər meyar üzrə layihənin topladığı ballar iştirakçıların şəxsi kabinetlərinə göndərilib.

Müsabiqə iştirakçıları şəxsi kabinetlərinə göndərilmiş bildirişlərdəki təlimata uyğun olaraq apellyasiya müraciəti edə bilərlər. 

Seçilən
40
12
cebheinfo.az

10Mənbələr