AZ

Rektordan valideynlərlə səmimi görüş: “Övladlarınızı bizə etibar edin”

Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru professor Əminağa Sadıqov universitetdə təhsil alan tələbələrin valideynləri ilə görüş keçirib.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, səmimi və qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə valideynlərə SDU-da tədris prosesi, tələbələr üçün yaradılmış şərait, nizam-intizam və təhlükəsizlik məsələləri barədə ətraflı məlumat verilib. Valideynlərin sualları dinlənilib və müvafiq cavablar təqdim olunub.

Rektor Əminağa Sadıqov çıxışında bildirib ki, universitetdə tələbələrin həm təhlükəsizliyi, həm də təhsilin keyfiyyəti daim diqqət mərkəzində saxlanılır. Onun sözlərinə görə, SDU-da ciddi nizam-intizam və yüksək tələbkarlıq prinsipləri əsasında tədris mühiti formalaşdırılıb:

167987

“Övladlarınız Sumqayıt Dövlət Universitetində tam təhlükəsiz şəraitdə, eyni zamanda ciddi nizam-intizamın və tələbkarlığın hökm sürdüyü mühitdə təhsil alırlar. Onları bizə etibar edin və tədris prosesindəki tələbkarlığımıza anlayışla yanaşın. Bu prosesə müdaxilə etməyə çalışmayın,” - deyə rektor valideynlərə müraciət edib.

Görüş valideynlər tərəfindən müsbət qarşılanıb və bu cür tədbirlərin mütəmadi keçirilməsinin vacibliyi qeyd olunub.

Seçilən
28
azedu.az

1Mənbələr