İsrail Xarici İşlər Nazirliyi İsrailin Qəzza zolağında həyata keçirdiyi soyqırımla bağlı hesabatı dərc edən BMT komissiyasını ləğv etməyə çağırıb. Bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, BMT-nin dərc etdiyi hesabat yalana əsaslanır.
Bundan əvvəl BMT-nin işğal olunmuş Fələstin ərazisindəki hadisələrlə bağlı müstəqil beynəlxalq araşdırma komissiyası İsrailin Qəzza zolağındakı hərəkətlərini soyqırım kimi tanıyıb.