AZ

Vuçiç Rusiyaya TƏŞƏKKÜR ETDİ

Serbiya prezidenti “Serbiya Maydanı” ilə bağlı xəbərdarlığa görə Rusiya Xarici Kəşfiyyat Xidmətinə təşəkkür edib.

İnterpress.az xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç Yaponiyaya səfəri zamanı jurnalistlərə bildirib.

O, Rusiya Xarici Kəşfiyyat Xidmətinə (SVR) ölkəsində “maydan” planları barədə xəbərdarlığa görə təşəkkür edib.

“Rusiyalı tərəfdaşlara informasiya və xəbərdarlığa görə minnətdaram”, – Vuçiç deyib.

Prezident vurğulayıb: “Biz Serbiyanı qoruyacağıq”.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
21
interpress.az

1Mənbələr