AZ

CASCFEN daha bir layihəyə uğurla yekun vurur

Nadir Azəri: Sentyabrın 17-də keçiriləcək yekun tədbirdə yazı müsabiqəsinin qalibləri də elan ediləcək

Məlum olduğu kimi, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihəni həyata keçirir. Layihənin icrası artıq yekunlaşmaq üzrədir.
Belə ki, sentyabrın 17-də Bakıda layihə üzrə yekun tədbir keçiriləcək. 

Bu barədə layihə rəhbəri, CASCFEN sədri Nadir Azəri məlumat verib. O, qeyd edib ki, “Bizim ailəmiz türk dünyasıdır” mövzusunda tədbir Azərbaycan Respublikasının Gəncliyə Yardım Fondunun iclas zalında olacaq: “Fodnun ev sahibliyində keçiriləcək tədbirdə türk dövlətlərinin Azərbaycandakı səfirliklərinin təmsilçiləri, Türk dünyası ilə bağlı müxtəlif qurumların nümayəndələri, Kuzey Kıbrısdan və Türkiyədən qonaqlar, həmçinin Azərbaycandan millət vəkilləri, QHT rəhbərləri, müxtəlif dövlət və özəl qurumlarının təmsilçiləri, baş redaktorlar, tələbə və gənclər iştirak edəcək. Tədbirimizdə məruzə və çıxışlar, həmçinin plaket və təşəkkür bəlgəsi təqdimatları olacaq”.

Nadir Azəri onu da qeyd edib ki, layihə çərçivəsində Türkiyə universitetlərində təhsil alan türk dünyası tələbələri arasında “Bizim ailəmiz türk dünyasıdır” adlı yazı müsabiqə də keçirilib: “Artıq müsabiqəyə yekun vurulub. Ümumilikdə 20-yə yaxın yazı təqdim olunmuşdu. Lakin bu yazıların bir qismi müsabiqə qaydalarına uyğun olmadığı üçün qiymətləndirməyə buraxılmadı. Qalan yazılar arasında işçi qrup tərəfindən seçim aparıldı. Yekunda belə bir qərar qəbul edildi ki, müsabiqənin ümumi qalibləri kimi üç nəfər seçilsin, əlavə olaraq yazıları digərlərinə nisbətən daha güclü olan üç iştirakçı isə xüsusi diplomla təltif olunsun”.

CASCFEN sədri əlavə edib ki, müsabiqənin qaliblərinin və xüsusi diplomlara layiq görülənlərin adları layihənin yekun tədbirində elan ediləcək: “Bu günlük isə onu deyə bilərəm ki, qalibləri arasında azərbaycanlı gənclər də var. Həmçinin, əslən Türkiyədən olan lakin hazırda Fransada yaşayan bir gənc də mükafatlandırılanlar arasındadır”.

Seçilən
48
7
ucnoqta.az

9Mənbələr