Dərman vermək üçün bələdiyyənin qərarını gözləmək lazımdır. Bu da ayda 1 dəfə olur. Bələdiyyə sədrinə əlavə səlahiyyətlər verilməlidir. Bəzən az təminatlı ailədən kimsə vəfat edir, o, 1 ay gözləyə bilməz.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsində “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Siyavuş Novruz deyib.
"Nümunəvi qəbiristanlqıların yaradılması ilə bağlı məsələ qaldırmışdıq. Bizdə özəl qəbiristanlıq və ya qəbiristanlıqların digər formaları yoxdur. Buna görə də bələdiyyəyə müxtəlif öhdəliklər verilməlidir. Məsələn xeyir-şər evlərinin tikilməsi və sair. Bu bələdiyyə ilə əhalinin münasibətlərini də tənzimləyəcək”.