AZ

Paşinyanın impiçmenti ilə bağlı layihə parlamentə təqdim olundu

Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ermənistan parlamentindəki müxalif “Şərəfim var” fraksiyası Baş nazir Nikol Paşinyana qarşı etimadsızlığa dair bəyanat layihəsini Milli Məclisə təqdim edib.

Teleqraf xəbər verir ki, bu barədə fraksiyanın rəhbəri Hayk Mamicanyan məlumat verib.

Xatırladaq ki, baş nazirə etimadsızlıq məsələsi tələb olunan 36 imza toplanacağı təqdirdə parlamentdə müzakirə oluna bilər. Təşəbbüskar “Şərəfim var” fraksiyasının 6 var. Ona dəstək verib-verməyəcəyi bəlli olmayan “Ermənistan” fraksiyası parlamentdə 28 yeri tutur. İki fraksiyanın imzaları cəmi 34 edir, məsələnin parlamentin gündəliyinə salınması üçün isə 2 imza çatışmır.

Təşəbbüsün parlament tərəfindən qəbul olunması, yaxud baş nazirin impiçment edilməsi üçün isə minimum 54 deputatın səsi lazımdır. Yəni bunun üçün hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının 18 deputatının da səsi lazım olacaq. Hakim fraksiyadan təşəbbüsə dəstək verən yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
45
5
sherg.az

7Mənbələr