AZ

Azərbaycan büdcəsinin neft-qaz gəlirləri azalacaq

2026-cı ildə Azərbaycan dövlət büdcəsinin 38 milyard 423.0 milyon manat olacağı hesablanan gəlirlərinin 12 milyard 750.0 milyon manatı (2025-ci ilddə 12 milyard 781 milyon manat) və ya 33,2 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin payına düşəcək.

Musavat.com Maliyyə Nazirliyi tərəfindən açıqlanan ilkin büdcə parametrlərinə istinadən xəbər verir ki, büdcə gəlirlərinin 16 milyard 821.0 milyon manatını və ya 43,8 faizini Dövlət Vergi Xidmətinin xəttilə daxilolmalar, 6 milyard 850.0 milyon manatı və ya 17,8 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar, 1,021.0 milyon manatı və ya 2,7 faizi büdcə təşkilatlarının büdcədənkənar daxilolmaları, 981,0 milyon manatı və ya 2,6 faizi isə sair gəlirlərdən ibarət olacaq.

2026-cı il üzrə dövlət büdcəsinə proqnozlaşdırılan Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 78,6 faizi və ya 13 milyard 221.0 milyon manatı qeyri-neft-qaz sektorundan, 21,4 faizi və ya 3 milyard 600.0 milyon manatı(2025-ci il üzrə proqnoz 3 milyard 830 milyon manat) neft-qaz sektorundan təmin ediləcək.

 Musavat.com

Seçilən
28
musavat.com

1Mənbələr