AZ

Hər il milyonlarla insanın öldüyü xəstəliklərin SİYAHISI

Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Dünyada bir neçə ölümcül xəstəlik var ki, bunlar minilliklər ərzində milyonlarla insanın həyatına son qoyub. Bu növ xətəliklər həm yoluxuculuğu, həm də müalicəsinin çətinliyi ilə fərqlənən xəstəliklərdir.

BAKU.WS xarici KİV-ə istinadən həm müasir dövrdə, həm də tarix boyu ən çox ölümə səbəb olan xəstəliklərin siyahısını təqdim edir:

İşemik ürək xəstəliyi (İÜX)

Əsas səbəbləri yüksək təzyiq, xolesterin, siqaret, şəkərli diabetdir. Hər il milyonlarla insanın ölümünə səbəb olur.

İnsult (Beyin qan dövranı pozğunluğu)

Beyinə qan axınının kəsilməsi və ya beyin qanaması səbəbiylə baş verir.

Aşağı tənəffüs yolu infeksiyaları

Məsələn: sətəlcəm (pnevmoniya), qrip, bronxit bunlara daxildir. Xüsusilə uşaqlarda və yaşlılarda ölümcül ola bilər.

Xroniki obstruktiv ağciyər xəstəliyi (KOAH)

Uzunmüddətli siqaret çəkmə əsas səbəbdir.

Şəkərli diabet (Diabet)

Orqanizmdə qlükoza səviyyəsinin nəzarətdən çıxmasıyla əlaqədardır. Fəsadları ölümcül ola bilər: ürək-damar xəstəlikləri, böyrək çatışmazlığı ola bilir.

Xərçəng növləri

Ən ölümcül növləri ağciyər, qaraciyər, kolorektal (bağırsaq), südvəzi xərçəngidir. Hər il milyonlarla insan bu səbəbdən vəfat edir.

Qaraciyər sirrozu

Alkoqol, hepatit B və C kimi viruslar səbəb ola bilər.

Tüberküloz (Vərəm)

Yoluxucu bakterial xəstəlik, inkişaf etmiş ölkələrdə azalsa da, bir çox ölkədə hələ də təhlükəlidir.

HİV/AIDS (QİÇS)

İmmunitet sistemini zəiflədir və digər infeksiyalara yol açır.

Bundan başqa tarixdə Avropa və Asiyada Vəba xəstəliyindən 75-200 milyon insan ölüb.

1918-1920-ci ildə meydana gələn İspan qripindən 50 milyon insanın ölüb.

2019-cu ildən bu günə qədər COVID-19 pandemiyasından 7 milyondan çox rəsmi ölüm faktı qeydə alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
1
baku.ws

2Mənbələr