AZ

Süni intellekt təkçə bu peşə sahibini əvəz edə BİLMƏYƏCƏK

Süni intellekt bir çox sahənin adamını işsiz qoysa da, onun da əvəz edə bilməyəcəyi sahə var.

Alimlər hesab edirlər ki, hətta süni intellektin sürətli inkişafı dövründə də tarixçilərin rolu azalmayacaq. Səbəb odur ki, heç bir alqoritm keçmiş hadisələrin emosional və mənəvi dərinliyini tutmağa qadir deyil. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Kornell Universitetinin nasist Almaniyasının tarixi üzrə mütəxəssisi Yan Burzlaff deyib. 

Tədqiqatında alim ChatGPT-nin 1995-ci ildə La Paz, Krakov və Konnektikutda qeydə alınmış Holokostdan sağ çıxanların ifadələrini necə təkrarladığını təhlil edib.

Məlum olub ki, AI ən vacib detalları gözdən qaçırır: 

"Əgər süni intellekt belə səhnələri, müasir tarixdə insan əzablarını çatdıra bilmirsə, o, daha incə hekayələri təhrif edəcək. Tarixçilərə ehtiyac var, çünki onlar dinləyib şərh edə bilirlər. Süni intellekt yalnız ümumiləşdirə bilər".

Tədqiqatçı qeyd edir ki, ChatGPT kimi sistemlər gözlənilməz perspektivlər təklif edə bilər, lakin eyni zamanda onlar tarixi, o cümlədən Holokost kimi faciələri “sadələşdirməyə” meyillidirlər.

O, qurbanların ifadələrini süni intellekt üçün “lakmus testi” adlandırır: 

“Alqoritmlər hamar və nizamlıdır, tarixçinin işi isə etik çəkisini qorumaqdır”.

Məqalədə o, travma, soyqırımı və tarixi ədalətsizlik mövzuları ilə işləyən tədqiqatçılar, müəllimlər üçün beş prinsipi qeyd edib. Əsas odur ki, tarixçilər maşınlar kimi təkrarlanan nümunələrə deyil, unikal hekayələrə diqət yetirməlidirlər:

"Təhlükə altında olan təkcə Holokostun xatirəsi deyil, bütün cəmiyyətlərin alqoritmlər dövründə keçmişi necə xatırlayacağı və şərh edəcəyidir".

Seçilən
7
cebheinfo.az

1Mənbələr